Rusiya qoşunlarının radiotezliyi ələ keçirildi

10:45 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Anonimus” hakerlər qrupu Rusiya ordusunun istifadə etdiyi radiotezliyini ələ keçirərək, onu Ukrayna himni ilə əvəzləyib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hakerlər şəbəkəsi Twitter-də məlumat yayıb.

“Rusiya qüvvələrinin danışıqları indi musiqinin sədaları altında keçir. Ünsiyyət qura bilməsələr, hərəkətlərini koordinasiya edə bilməzlər”, - paylaşımda deyilir.