Rusiya sanksiyalar üzündən 76 sərnişin təyyarəsini itirib

09:32 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, ölkənin aviasiya sənayesinə tətbiq edilən sanksiyalar nəticəsində 76 sərnişin təyyarəsini itiriblər.

Hafta.az-ın yazdığına görə, rusiyalı nazir deyib: “Biz gözlənilmədən təyyarələrin alınması ilə bağlı qərarlara hazırlıqsız yaxalandıq. Ümumilikdə 76 sərnişin təyyarəsini itirdik”.

Ukrayna torpaqlarına qarşı hərbi müdaxilə başlayandan sonra Rusiya aviasiya sənayesinə qarşı ağır sanksiyalar tətbiq edilib. Xüsusilə, ABŞ və Avropa İttifaqı Rusiyaya təyyarə və hissələrinin tədarükünə qadağa qoyub, həmçinin icarəyə verənləri artıq icarəyə götürülmüş təyyarələri geri qaytarmağa məcbur edib (Bloomberg-ə görə, onların sayı Rusiya donanmasında 40 faiz qədər idi). Nəticədə Rusiya aviaşirkətlərinin xarici şirkətlərə qeydiyyatdan keçmiş sərnişin təyyarələri ölkədən kənarda ələ keçirilib.

Oxunma sayı 207