Rusiya səfirliyi rus sərhədçilərin Ermənistanda ölməsi barədə iddiaları rədd etdi

20:35 01.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya iki rus sərhədçisinin ölməsi barədə iddiaları rədd edib.

Hafta.az-ın məlumatına görə, bu barədə səfirliyin "Facebook" səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Kütləvi informasiya vasitələrində iki rus sərhədçisinin ölümü ilə bağlı yayılan məlumatları həqiqətə uyğun deyil.

KİV-i bu cür məlumatlarda diqqətli olmağa çağırırıq".