“Rusiya tərəfinin fəaliyyəti davam edəcək" - Rüstəm Muradov

23:51 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya tərəfinin Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam edəcək".

Hafta.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.