Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb.
"Düşmən müvəqqəti olaraq işğal olunmuş əraziləri saxlamağa çalışır, Müəyyən istiqamətlərdə Müdafiə Qüvvələrinin hərəkətlərinin qarşısını almağa cəmləşdirir. Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatları aparır", - Baş Qərargah axşam saatlarında bildirib.
Bundan başqa, məlumatda o da bildirilir ki, düşmən təmas xətti boyunca Müdafiə Qüvvələrinin bölmələrini atəşə tutur, müəyyən istiqamətlərdə xətləri möhkəmləndirir və hava kəşfiyyatı aparır.
Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənə 33 zərbə endirib. Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri ötən sutka ərzində canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 4 rayona, 3 sursat anbarına və düşmənin 6 digər mühüm hərbi obyektinə zərbələr endirib.