Rusiya Ukraynaya hücum etməyib - Lavrov

14:00 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynaya hücum etməyib və digər ölkələrə hücum planlaşdırmır.

Hafta.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, ukraynalı həmkarı ilə Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü məsələsini müzakirə edib.