Rusiya və Türkiyə müdafiə nazirlərinin telefon danışığı olub

18:48 11.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onun türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.

APA Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ukraynada və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Telefon danışığı zamanı Türkiyə vətəndaşlarının humanitar dəhlizlər vasitəsilə Ukraynadan təxliyəsi məsələsi də diqqətdə olub.