Yazını böyüt
Yazını kiçilt
Rusiya taxıl müqaviləsinin müddəti bitdikdən sonra onun uzadılmasına etiraz etmir. Moskvanın bu qərara razı olduğunu xarici işlər nazirinin müavini Sergey Verşinin bəyan edib, onun sözlərini RİA Novosti yayıb.
Diplomat vurğulayıb ki, söhbət yalnız 60 gün uzadılmasından gedir. O, Cenevrədə “Qara Dəniz Təşəbbüsü”nün gələcək fəaliyyətinə dair məsləhətləşmələrin asan olmadığını bildirib.
“Bizim bundan sonrakı mövqeyimiz kənd təsərrüfatı məhsullarının ixracının, o cümlədən bank ödənişləri, nəqliyyat logistikası, sığorta, maliyyə fəaliyyətinin dondurulmaması və Togliatti vasitəsilə ammonyak tədarükü də daxil olmaqla, normallaşmasında real - sözdə deyil, əməldə irəliləyişdən asılı olaraq müəyyən ediləcək”, - Verşinin bildirib.