Rusiyada 2 mindən çox dərman apteklərdən yığışdırıldı

09:05 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada apteklərdə mövcud olan dərmanların sayı azalmaqda davam edir.

Hafta.az-ın DSM Group analitik şirkətinin məlumatına istinadən yazdığına görə, 2023-cü ildə ölkə apteklərində 2200 növ dərmanın satışı dayandırılıb.

2023-cü ilin sonuna qədər ölkədə 19400 növ dərman vasitəsi əldə etmək mümkün olduğu halda, bu rəqəm 2022-ci illə müqayisədə 11 faiz azdır.

Ötən il apteklərin rəfindən çıxarılan ilk dərmanlar qiyməti 100 rubldan aşağı olanlar olub. Bu qiymət kateqoriyasında olan dərmanların sayı bir il ərzində 24 faiz azalaraq 5700-ə düşüb.

Qiyməti 100-500 rubl arasında olan dərmanların sayı da 2022-ci illə müqayisədə 9200-dən 8700-ə qədər azalıb.

Qiyməti 500-1000 rubl arasında dəyişən dərmanların sayı 2,8 faiz azalaraq 3100-ə enib.

Qiyməti 1000 rubldan çox olan dərmanların sayı 17,2 faiz azalaraq 2900-ə geriləyib.