Rusiyada daha bir hərbi komissarlıq yandırılıb

16:29 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının İrkutsk vilayətinin Qoryaçiy Klyuç kəndində naməlum şəxs gecə saatlarında hərbi komissarlığın binasına iki ədəd “Molotov kokteyli” atıb.

Hafta.az bildirir ki, Shot Telegram kanalının məlumatına görə, şüşələr qapıdan sıçrayaraq qırılıb, girişdə yanğın başlayıb. Nəticədə həyəcan siqnalı çalınmış, yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər iki çağırışçı ilə birlikdə qadın gözətçi tərəfindən söndürülmüşdü.