Yazını böyüt
Yazını kiçilt
Rusiyada Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.
Hafta.az bildirir ki, müvafiq sənədi imza toplayan Sankt-Peterburq bələdiyyəsinin "Semenovski"nin deputatı Kseniya Torstrem dərc edib.
"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!" - bəyanatda deyilir.
Rusiyalı jurnalist Yelena Rukovtseva məlumatı təsdiqləyib və əlavə edib ki, görünür, işlər “yenidən Sankt-Peterburqdan gələcək Böyük Oktyabr İnqilabı”na doğru gedir.