Rusiyada əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər

13:28 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbilərin uşaqlarının qazanılmış vətəndaşlığının ləğv edilməsi təklif olunub.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, qazanılmış Rusiya vətəndaşlığının ləğvi haqqında qanun layihəsinin yenilənmiş versiyası hərbi xidmət üçün uçota düşməkdən imtina edən əcnəbilərin uşaqlarının vətəndaşlığının ləğvi imkanını nəzərdə tutur.

Qeyd olunur ki, bu tədbir uşağın qanunu pozan valideyninin istəyi ilə sonradan Rusiya vətəndaşlığını əldə etməsi zamanı tətbiq oluna bilər. Lakin bu, doğuşdan Rusiya vətəndaşı olan uşaqlara, eləcə də digər valideynin Rusiya vətəndaşı olduğu hallara təsir etməyəcək.

Sənədə əsasən, yeni Rusiya vətəndaşları iki həftə ərzində qeydiyyat üçün hərbi komissarlığa gəlməli və ya bir həftə ərzində Dövlət Xidməti portalı vasitəsilə ərizə təqdim etməlidirlər. 2024-cü ildə hərbi uçota düşməkdən imtina etdiklərinə görə Rusiya vətəndaşlığının ləğvi haqqında qanun qəbul edilib.