Rusiyada əmək miqrantları yerlilərdən çox maaş alır

10:05 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Asiya ölkələrindən Rusiyaya gələn əmək miqrantları əvvəllər bir qayda olaraq yerli vətəndaşlarla müqayisədə daha az maaş alırdılar. Lakin işçi qüvvəsi çatışmazlığının zirvəyə çatdığı ölkədə hazırda bu fərq aradan qalxmağa başlayıb.

Hafta.az-ın “Rossiyskaya qazeta”ya istinadən yazdığına görə, mühacirlərin maaşları rusiyalılarınkına çatır.

Qəzetə danışan immiqrasiya üzrə ekspert Vadim Kojenov diqqətə çatdırır ki, Mərkəzi Asiyadan olan işçilər ümumiyyətlə gəlirləri sifarişlərin sayından asılı olan taksi, kuryer və logistika mərkəzlərində işləməyə üstünlük verirlər. Kojenovun sözlərinə görə, indi bu sahələrdə immiqrantlar və ruslar eyni tariflərlə işləyirlər.

“FinExpretiza”nın məlumatları göstərir ki, 2022-ci ilə qədər Moskva və yaxın ətraflarında 4,8 milyon immiqrant çalışıb. Bu rəqəm Sankt-Peterburqda 1,5 milyondur.

Əməkçi miqrantların ən az olduğu bölgə 200 min nəfərlə təbii sərvətlərlə zəngin, amma sərt iqlim şəraiti olan Nen Muxtar Vilayətidir.