Yazını böyüt
Yazını kiçilt
Rusiya bu gündən etibarən "Facebook" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq üçün tədbirlər görəcək.
Hafta.az xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.
Rəsmi qurumlar sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu iddia edir.
Bundan əvvəl platformada “RİA Novosti” agentliyinin səhifəsinə məhdudiyyətlər qoyub. Həmçinin, Rusiyanın 4 media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru”nun materialları senzuraya məruz qalıb.