Narazı olanlara işdən çıxmaları və ya müharibəyə səfərbər olmaları təklif olunur...
Rusiyanın Kursk şəhərində yerləşən "Elektroaqreqat" zavodunun rəhbərliyi işçilərdən ordunun ehtiyacları üçün pul ianə etməyi tələb etməyə başlayıb.
Hafta.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.
Ukraynanın Milli Müqavimət Mərkəzinin mənbələrə istinadla verdiyi məlumata görə, bütün səviyyələrdəki işçilərə “Xüsusi Əməliyyatın ehtiyacları üçün” 2024-cü ilin yanvar ayı üçün maaşlarından orta gündəlik qazanc məbləğinin tutulması ilə bağlı ərizə yazmalı olduqları bildirilib.
Rəhbərliyin bu tələbi işçiləri qəzəbləndirib və kollektiv şikayətlərə səbəb olub. Lakin buna cavab olaraq onları təhdid etməyə başlayıb, işdən çıxmalarını və ya müharibəyə getmələrini təklif ediblər.