Yazını böyüt
Yazını kiçilt
Rusiyada aparılan yeni sorğu hər 3 nəfərdən 1-nin tək yaşadığını ortaya çıxarıb.
Hafta.az-ın yazdığına görə, “Rambler&Co”nun araşdırmasında 25-60 yaş arası 57 mindən çox internet istifadəçisi iştirak edib.
İştirakçıların 34 faizi tək yaşadıqlarını bildirib. Tək yaşayanların 50 faizi bu vəziyyətdən şikayət etmədiklərini deyib.
Bu qrupda 14 faiz partnyoru ilə yaşamağı planlaşdırır, 1 faiz azlıq isə dost axtarır.
Tək yaşamayanların 80 faizi evli, 43 faizi uşaq sahibidir.
Ailəsi ilə yaşamağa davam etdiyini bildirənlərin nisbəti 9 faiz, sevgilisi və ya tanışı ilə yaşayanların nisbəti isə 5 faizdir.
Digər 4 faiz isə sevgilisi və ya tanışı, həm də uşaqları ilə yaşayır.