Yazını böyüt
Yazını kiçilt
Yerli sakinlər üfunətli qoxudan və antisanitar vəziyyətdən şikayətlənirlər. Rusiyada Voronej vilayətinin Novomarkovka kəndi nəcislə dolub. Belə ki, inək fermasının çirkabları toplanan kanalizasiya anbarı yarılıb.
Hafta.az xəbər verir ki, bu barədə yerli teleqram-kanallarında məlumat yayılıb.
Kanalizasiya kəndin mərkəzindən keçir və yerli çay vasitəsilə Don çayına axır. Yerli sakinlər ekoloji fəlakətdən qorxurlar.
Sızma ət-süd kompleksindən inəklərin tullantılarının töküldüyü rezervuarın bəndinin yarılması səbəbindən baş verib. Hadisə nəticəsində kənd mərkəzi, mağazalar və stadion nəcis altında qalıb.
Yerli sakinlər inanılmaz üfunət iyindən şikayətlənirlər.