Rusiyada koronavirusa yoluxmada yenidən rekord qeydə alınır

18:21 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada artıq iki gündür ki, yeni növ koronavirusa (COVİD-19) yoluxma 12 mini keçir.

Hafta.az-ın Rusiyanın Operativ Qərargahına istinadən verdiyi xəbərə görə, ötən sutka ərzində 14 498 nəfər COVİD-19-a yoluxub, 6 056 nəfər sağalıb.

Xəstəxanalara 982 nəfər yerləşdirilib, 38 nəfər ölüb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyada sutka ərzində 12 mindən çox yoluxma aprel ayının ortalarında qeydə alınıb.