Rusiyada maaş təklifləri ən çox hansı sektorlarda artıb?

09:25 06.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada şirkətlərin maaş təklifləri 2024-cü ilin yanvar-fevral aylarında keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 18,5 faiz artıb.

Hafta.az-ın yazdığına görə, maaş təkliflərinin 27 faizlə ən çox artdığı sektorlar arasında gözəllik və sağlamlıq gəlir.

Xidmət sektoru 21 faizlə ikinci yerdədir.

Təcrübəçilərə və iş təcrübəsi olmayan tələbələrə təklif olunan maaşlarda eyni dövrdə 23 faiz artım olub.

Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, ötən il Rusiyada orta aylıq əməkhaqqı 73709 rubl (800 dollardan artıq) olub. Bu rəqəm 2022-ci illə müqayisədə 14 faiz çoxdur.