Rusiyaya qarşı sərt sanksiyalara baxmayaraq, rus xalqını ən çox üzən qərar məşhur McDonald's şəbəkəsi olub. Ölkədə 850 filialın bağlanacağı xəbərindən sonra məlum olub ki, restoranın qarşısında uzun növbələr yaranarkən insanlar aldıqları hamburgerləri soyuducularına yığıblar.
Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir-birinin ardınca Avropa və ABŞ-dan sanksiya qərarları gəlib. Rusiya banklarına və oliqarxlarına zərbə vuran sanksiyalarla yanaşı, bir çox dünyaca məşhur brendlər təzyiqlərə dözməyib Rusiyanı tərk etdiklərini açıqlayıblar.
Starbucks, Pizza Hut və KFC kimi restoranlar şəbəkəsi ölkədəki filiallarını bağladığı halda, Coca Cola və Pepsi kimi simvolik brendlər ölkə ilə əlaqələrini tamamilə kəsib.
Filiallarını bağlayan restoranlar arasında ən diqqət çəkən mənzərə McDonald's filiallarında baş verib. Yüzlərlə insan son hamburgerini yemək üçün McDonald's restoranlarının qarşısında uzun növbələr yaradıb.