Rusiya Daxili İşlər Nazirliyi ölkədə qeyri-qanuni mühacirlərə qarşı mübarizəyə bəzi yeni məhdudiyyətlər tətbiq edir.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, yeni qanun layihəsinə görə, yaşayış və iş müddətləri keçməsinə baxmayaraq ölkədə qalmağa davam edənlər və ya rəsmi yaşayış və iş icazəsi ərizələrində yalan məlumat və sənədlər bəyan edənlər Rusiyada bir çox cəzalara məruz qalacaqlar. Federasiya bank əməliyyatlarından tutmuş evliliyə, sürücülük vəsiqəsindən daşınmaz əmlak alqı-satqısına, ölkədə qeyri-qanuni olduqları müddətdə rəsmi əməliyyatlar həyata keçirməsi qadağan ediləcək.
Yeni qanun layihəsində qeyri-qanuni immiqrantlar, hüquqi şəxslər və fərdi sahibkarlar qeydiyyatdan keçə bilməyəcəklər. Eləcə də daşınmaz əmlakın, nəqliyyat vasitələrinin və motorlu mexanizmlərin alınması və ya təhvil verilməsi qadağan ediləcək, alınan daşınmaz əmlakın dövlət kadastr reyestrində uçota alınmasının qarşısı alınacaq, onların avtomobil vəsiqəsini dəyişdirməsi və ya yeni sürücülük vəsiqəsi alması yasaqlanacaq və indiki sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsi mümkünsüz olacaq.
Bundan başqa, qanunsuz immiqrantlara hər cür bank əməliyyatları, hesabların açılması və pul köçürmələri yasaqlanacaq, bu şəxslərin rəsmi nikah qeydiyyatı ərizələri rədd ediləcək.
Yeni qanuna əsasən, qanunsuz immiqrantlar Rusiyadan planlaşdırılan gediş, qaldıqları yer, tarix və marşrutun dəyişməsi barədə məlumat verməlidirlər. Bunları pozarlarsa, deportasiya oluna və ya xüsusi deportasiya müəssisələrinə yerləşdirilə bilərlər.
Baş Prokurorluq 2022-ci ilin sonunda immiqrantlar arasında cinayət nisbətində 10 faiz artım olduğunu və belə halların sayında ən çox artımın 465 faizlə Uralda qeydə alındığını bildirib. Bu çərçivədə gücləndirilmiş nəzarətlər zamanı ölkədən deportasiya edilən immiqrantların sayı 2,5 dəfə artıb.