Yazını böyüt
Yazını kiçilt
Rusiya Səhiyyə Nazirliyi 2023-cü ildə ilk dəfə psixoloji pozğunluq diaqnozu qoyulan xəstələrin nisbətinin hər 100 min nəfərə 314,4 nəfər səviyyəsinə yüksəldiyini açıqlayıb. 2020-ci ildə bu nisbət 100 min nəfərə 262 olub.
Hafta.az-ın yazdığına görə, 2023-cü ilə qədər ən yüksək göstəriciyə malik bölgələr Kareliya, Altay diyarı və Arxangelskdir.
Bu barədə məlumat verən “Business FM” portalı yazır ki, ölkədə psixoloji pozuntu diaqnozu qoyulanların sayı 4 milyon civarındadır.
Ölkədə ən çox rast gəlinən pozğunluqlar depressiya və narahatlıq pozğunluqlarıdır.