Rusiyada sosial böhran: ölənlərin sayı doğulanlardan çoxdur

09:29 28.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada doğum səviyyəsi azalmaqda davam edir. Federal Statistika Xidməti (Rosstat), bir qadına düşən uşaqların sayının 2023-cü ildə 1,41-ə qədər azaldığını və bunun, son 17 ilin ən aşağı göstəricisi olduğunu açıqlayıb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Rusiyada əhalinin təbii yolla artması üçün sözügedən göstərici 2,17-dən yuxarı olmalıdır. Əhali üzrə ekspertlər doğum səviyyəsinin azalmasının 1990-cı illərdə doğulan və hazırda yetkinlik yaşına çatan qızların sayının az olması ilə bağlı olduğunu bildirir və bu vəziyyətə “demoqrafik dəlik” deyirlər.

Rusiyada bir qadına düşən uşaq sayının ən çox olduğu bölgə 2,66 uşaqla Çeçenistan, ən az uşaq olan bölgə isə 0,88 uşaqla Leninqrad vilayətidir.

Rusiyada bir qadına düşən uşaqların sayı 1999-cu ildən 2015-ci ilə qədər artdıqdan sonra yenidən azalmağa başlayıb. Bu vəziyyət ölkə əhalisinin təbii azalmasına gətirib çıxarır. Ölkədə hər il ölənlərin sayı yeni doğulanların sayından çoxdur.