Rusiyada "WhatsApp" tamamilə bloklandı

22:16 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin "Meta" şirkətinə məxsus "WhatsApp" messenceri Rusiyada tamamilə bloklanıb.

Hafta.az-ın məlumatına görə, servisin domeni Roskomnadzorun DNS serverlərindən silinib.

Resursa giriş domen sistemi səviyyəsində dayandırılıb.

Oxşar tədbirlər əvvəllər YouTube domeninə də tətbiq edilmişdi və bu domen də tənzimləyicinin DNS reyestrindən silinib.