Rusiyalı hamilə qadınlar indi də Çiliyə axışır

12:17 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşları ikili vətəndaşlıq əldə etmək üçün bu dəfə Cənubi Amerika ölkəsi Çiliyə üstünlük verməyə başlayıblar.

Hafta.az-ın yazdığına görə, Rusiya vətəndaşları ikili vətəndaşlıq əldə etmək üçün əvvəl Argentinaya gedərdilər, amma bu ölkənin hökuməti onlara qarşı qaydaları sərtləşdirdiyi üçün ruslar bu dəfə Çiliyə üstünlük verməyi seçiblər.

Bir çox broker firmaları uşaqları və özləri üçün ikili vətəndaşlıq almaq istəyən Rusiya vətəndaşlarını Çiliyə “doğum turları” təşkil etməyə həvəsləndirirlər.

Qeyd edək ki, Bloomberg-in məlumatına görə, 2022-ci ildə Argentinaya 22 min Rusiya vətəndaşı səfər edib. Argentina sadələşdirilmiş prosedur vasitəsilə ölkədə doğulan uşaqlara və onların valideynlərinə avtomatik olaraq vətəndaşlıq verir. Amma rusların bu ölkəyə düşünülmüş şəkildə köç etdiyini anlayan rəsmi Buenos-Ayres hava limanında Rusiya vətəndaşı olan beş hamilə qadının ötən ilin fevralında ölkəyə buraxılmasına icazə verilməyib. Səbəb kimi də onu göstərib ki, bir neçə ay ərzində Argentinaya doğum etmək üçün 5800 hamilə qadın gəlib.

Vasitəçi şirkətlərin Çiliyə təşkil etdiyi doğum turlarının qiymətinin 1 milyon rubla qədər olduğu bildirilir.