Rusiyalı iş adamı Avropada futbol klubu almaq istəyir

19:10 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı milyarder Denis Ştenqelov Xorvatiyanın Böyük Liqa klubu "Qorica"nı almaq istəyir. Bu barədə “Sportske Novosti” məlumat yayıb.

Mənbə iddia edir ki, Ştenqelov 2025-ci ilin birinci yarısında klubun tam hüquqlu sahibi olmağı planlaşdırır. İlk pulun bu ayın sonuna qədər Qoritsaya çatacağı da bildirilir.

52 yaşlı Ştenqelov Rusiyanın yüz ən zəngin adamından biridir. Onun sərvəti 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

Xorvatiya çempionatının cari mövsümündə Qoritsa on görüşdə səkkiz xal toplayaraq sondan əvvəlki, doqquzuncu yerdədir.