Bildiyimiz kimi, Rusiya nəqliyyat nazirinin müavini Aleksey Semenov 240 milyon rublu keçən korrupsiya ittihamı ilə həbs edilib. Semenovun 2012-ci ildə "Zaşitaİnfotrans" dövlət şirkətinin iştirakı ilə keçirilən açıq tender zamanı saxta sövdələşmələrə yol verdiyi iddia edilir.
Hafta.az-ın “Kommersant” a istinadən yazdığına görə, həbs qərarına Semenovun İsraildən bu yaxınlarda yaşamaq icazəsi alması və onun İsrail vətəndaşı olma planı da təsir edib. Məhkəmə, yaşayış icazəsinin cavabdehin xaricə qaçma riskinin olduğu əsas götürülərək nəzərə alındığını bildirib.
İş üzrə digər təqsirləndirilən şəxs, eyni ittihamla həbs edilən “Zaşitaİnfotrans”ın keçmiş prezidenti Vyaçeslav Smirnov da ittihamları rədd edir. Məhkəmənin qərarı ilə Semenov və Smirnovun həbs müddəti 2025-ci il yanvarın 26-dək uzadılıb. Müdafiə tərəfi bu qərarın əsassız olduğunu əsas gətirərək Moskva Şəhər Məhkəməsinə müraciət edib. Alternativ olaraq o, ev dustaqlığı və ya müəyyən məhdudiyyətlərin tətbiq edilməsini istəyib. Vəkillər Semenovun qaçma ehtimalının olmadığını, bütün sənədlərinin müsadirə edildiyini və İsraildə yaşamaq icazəsinin yalnız müvəqqəti sənəd olduğunu bildiriblər. O, həmçinin bu işin başqa korrupsiya istintaqı ilə bağlı olması ilə bağlı iddiaları da təkzib edib.
Semenovun vəkili Pavel Fabrizi bildirib ki, müvəkkilinin ölkəni tərk etməsi nəzəri cəhətdən belə mümkün deyil. Semenovun həm Rusiya pasportunun, həm də xarici pasportunun müsadirə edildiyini və İsraildə yaşamaq icazəsinin olmadığını bildirən vəkil, müvəkkilinin bu ölkədə qohumlarının olduğunu və repatriasiya proqramından yararlanaraq İsrail vətəndaşlığını almağı düşündüyünü, lakin hazırda yalnız müvəqqəti sənəd aldığını deyib.