Rusiyalıların 75%-dən çoxu Putinə etibar edir

12:53 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İctimai Rəy Fondu sorğu keçirib və ona görə respondentlərin əksəriyyəti - 75%-i Rusiya prezidenti Vladimir Putinə daha çox etibar etdiyini bildirib. Sorğunun nəticələri Fondun saytında dərc olunub.

1500 respondentin 14%-i prezidentə etibar etmədiyini, daha 11%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sosial sorğunun nəticələrinə görə, respondentlərin 77%-i dövlət başçısının öz vəzifəsində yaxşı işlədiyini, 10%-i bunun “kifayət qədər pis” olduğunu, 13%-i isə cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, fond vətəndaşlardan Rusiya hökumətinin işinə etimadları barədə soruşub.

Respondentlərin əksəriyyəti (52%) hökumətin kursunu dəstəkləyib, 27% Nazirlər Kabinetinin "kifayət qədər pis işlədiyini", 21% - cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğu Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində yaşı 18 və yuxarı olan ruslar arasında aparılıb.

Oxunma sayı 1662