Yazını böyüt
Yazını kiçilt
Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin katibi Valentin Parmon bildirib ki, son 5 ildə 50 min alim ölkəni tərk edib.
Hafta.az-ın yazdığına görə, Parmon deyib: "Rusiyanın əsas problemi odur ki, son beş ildə başqa ölkələrdən daha çox alim itirib. Bu böyük rəqəmdir - 50 min insan gedib. İndi hamı texnoloji üstünlükdən danışır. Gələcək elmi texnologiyalardan asılıdır. Amma problem burasındadır ki, Rusiya imkanları əldən verib".
Parmon deyib ki, texnologiya sahəsində Qərbə yetişmək üçün istedadlı şəxslər elmə cəlb edilməli və tədqiqatlara ayrılan vəsait artırılmalıdır.
Maraqlıdır ki, Parmon bu açıqlamanı son 1 ildə Novosibirskdə eyni institutda çalışan 4 fizikin “vətənə xəyanət” ittihamı ilə saxlanılaraq həbs edilməsindən sonra verib.