Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2022-ci il noyabrın 11-nə bir həftə ərzində 1,9% (və ya 10,5 milyard dollar) artaraq 552,1 milyard dollar təşkil edib.
4 noyabr 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 541,6 milyard dollar təşkil edib.
Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyuta fondlarından, xüsusi borc almaq hüququndan, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Qərb ölkələri Rusiyanın Ukraynada hücumlara başlamasından sonra Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağan edildi.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bəyan etmişdi ki, Qərbin sanksiyaları nəticəsində Rusiyanın təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatları dondurulub.