“Rosstat”ın ilkin hesablamalarına görə, 2024-cü il yanvarın 1-nə Rusiyanın ümumi əhalisi 146 milyon 206 min nəfərə qədər azalıb.
Hafta.az-ın yazdığına görə, bir il ərzində Rusiyanın ümumi əhalisi 243800 nəfər, yəni -0,17 faiz azalıb.
Bu məlumatlara ilhaq edilmiş Krımın da əhalisi daxildir.
Rusiyanın şəhər əhalisi təxminən 109 milyon 606 min, kənd əhalisi isə 36 milyon 598 min nəfərdir.
“Rosstat” il ərzində ən böyük əhali artımını Moskva vilayətində (+59,2 min nəfər), Moskva şəhərində (+50,5 min nəfər) və Tümendə (+41,8 min nəfər) qeydə alıb.
Əhalinin sayında ən böyük azalma Kemerovo və Nijni Novqorod vilayətlərində (müvafiq olaraq –20,2 min və –20 min nəfər), eləcə də Saratov və Sverdlovsk vilayətlərində (–19 min və –16 min nəfər) müşahidə olunub.
“Rosstat”ın 2023-cü ilin payızına dair açıqladığı proqnozda əhalinin 368 min nəfər azalacağı gözlənilirdi.
Statistik xidmətin əsas ssenarisinə görə, 2046-cı il yanvarın 1-nə Rusiya əhalisinin sayı 138,8 milyon nəfər olacaq.
Proqnozun optimist versiyasında Rusiya əhalisinin 4,59 milyon nəfər artaraq 150,87 milyon nəfərə çatacağı, pessimist versiyada isə 2046-cı ildə ölkə əhalisinin 15,4 milyon nəfər azalaraq 130,6 milyon nəfərə çatacağı proqnozlaşdırılır.