Rusiyanın ən romantik şəhərləri hansılardır? “Tutu” səyahət xidmətinin keçirdiyi və 2 mindən çox insanın iştirak etdiyi sorğuya görə, ölkənin ən romantik şəhəri şimal paytaxtı Sankt-Peterburqdur.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, sorğuda iştirakçıların 41 faizi ağ gecələri, qeyri-adi memarlığı və atmosferi ilə tanınan Sankt-Peterburqa səs verib.
İkinci yerdə hər biri 8 faiz səslə Kalininqrad və Moskva qərarlaşıb. Üçüncü və dördüncü yerləri 7 faiz səslə Soçi, 6 faiz səslə Kazan şəhərləri tutub.
Sorğunun nəticələrinə görə, ilk onluğa daxil olan digər şəhərlər Nijni Novqorod, Uryupinsk, Vladivostok, Yekaterinburq və Suzdaldır.
Kislovodsk, Samara, Rostov-na-Don, Novosibirsk və Murmansk kimi şəhərlər romantik şəhərlər hesab edilsə də, siyahının sonunda Sortavala, Petropavlovsk-Kamçatsk və Kolomna kimi şəhərlər yer alıb.