Rusiyanın Gürcüstana hərbi təcavüzündən 13 il ötür

15:05 05.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"2021 -ci ilin 7 avqust tarixində, Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüzünün və sonradan Gürcüstanın bölünməz bölgələrinin - Abxaziya və Tsxinvali bölgəsinin - Cənubi Osetiyanın qanunsuz işğalının 13 ili tamam olur. Bu hərəkət miqyasına və təsirinə görə görünməmiş bir addım idi. Tbilisi də daxil olmaqla Gürcüstanda 30-dan çox şəhər və kənd Rusiyanın strateji bombardmançıları və hərbi təyyarələri tərəfindən bombalandı. Təcavüzkar tərəfindən kaset bombalar və digər qadağan edilmiş silahlardan istifadə olunub. Təcavüz nəticəsində yüzlərlə dinc sakin və hərbi qulluqçu öldürüldü və yaralandı, minlərlə yerli sakin, əvvəlki etnik təmizləmə dalğaları zamanı qovulmuş yarım milyon qaçqın və köçkün sıralarına əlavə olundu".

Bu sözlər Gürcüstanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan açıqlamada  deyilir. Bildirilir ki, Rusiyanın Gürcüstana təcavüzünə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən hüquqi qiymət verilib. Rusiyanı, Abxaziya və Tsxinvali regionunun işğalı və təsirli nəzarəti həyata keçirən, 2008-ci ilin Avqust müharibəsi ərzində və sonraki dövrdə, insan hüquqlarının kobud şəkildə pozulmasından məsul olan bir dövlət kimi təsbit edib. Strasburq məhkəməsi, Rusiyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu, AB-nin vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə əməl etmədiyini və gürcülərə qarşı etnik təmizləmə apardığını təsdiqləyib.

"Gürcüstan hakimiyyəti və beynəlxalq ictimaiyyət Rusiya Federasiyasını Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa və Gürcüstana qarşı hərbi təcavüzünə - Abxaziya və Tsxinvali - Cənubi Osetiya bölgəsinin işğalına son qoymağa, AB-nin vasitəçiliyi ilə 12 avqust 2008-ci ildə imzalanan atəşkəs razılaşmasını yerinə yetirmək üçün öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa və işğal olunmuş ərazilərin müstəqilliyinin tanınmasından imtina etməyə çağırır", - açıqlamada deyilir.


Daha sonra qeyd olunur ki, Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin qanunsuz işğalı məqsədilə Rusiya Federasiyasının Gürcüstana genişmiqyaslı hərbi müdaxiləsi zamanı şəhid
olanların xatirəsini anmaq məqsədilə, avqustun 7-si axşam saatlarından 9 avqust səhər saatlarına qədər, Gürcüstanın Diplomatik nümayəndəliyin binasında dövlət bayrağı endiriləcək. Səfirlik fürsətdən istifadə edərək 2008-ci ilin avqustunda Rusiya - Gürcüstan müharibəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.

Oxunma sayı 711
Siyasət rubrikasından digər xəbərlər