Rusiyanın nüvə hədəsinə cavab - "BÜTÜN QOŞUNLARINI, QARA DƏNİZ DONANMASINI..."

12:06 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünya günlərdir Rusiya prezidenti Puinin nüvə çıxışından danışır. Ukraynanın əks-hücumundan sonra qismən səfərbərlik elan etdikdən sonra Putin Qərbə nüvə xəbərdarlığı edib.

Putin Rusiyada qismən səfərbərlik elan edərkən “Blöf etmirəm” deyərək Ukrayna müharibəsində nüvə silahından istifadə edə biləcəyini təkrarlayıb və nüvə təhlükəsini yenidən gündəmə gətirib.

Hafta.az bildirir ki, Putinin bu addımından sonra ABŞ-dan diqqətçəkən xəbərdarlıq gəldi.

MKİ-nin keçmiş direktoru və istefada olan dördulduzlu ordu generalı David Petreus Rusiyanı qorxudub.

Petreus ABC News-a deyib ki, Putin Ukraynada nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı qoşunlarını və texnikasını məhv edəcək və Qara dəniz donanmasını batıracaq.

Petreaus bildirib ki, radiasiyanın 5-ci maddə çətiri altında NATO ölkələrinə yayılma ehtimalı NATO üzvünə hücum kimi şərh edilə bilər.

Oxunma sayı 2019