Yazını böyüt
Yazını kiçilt
ABŞ administrasiyası dondurulmuş Rusiya aktivlərini Dünya Bankı və Avropa İnkişaf Bankının (AİB) vasitəsilə Ukraynaya köçürməyi təklif edib.
Hafta.az-ın "Financial Times"a istinadən yazdığına görə, dondurulmuş aktivlərin əksəriyyəti Avropada banklarında yerləşir. Avropa Komissiyasının hesabatına görə, Avropa İttifaqı, G7 ölkələri və Avstraliyada Rusiya Mərkəzi Bankına məxsus toplam 260 milyard avro dəyərində aktivlər var.
ABŞ mətbuatı bu yaxınlarda Ağ Evin dondurulmuş aktivləri Ukraynaya ötürmək üçün qanuni yol tapdığını yazmışdı.
Digər tərəfdən, "Spiegel"in xəbərinə görə, Almaniya Baş Prokurorluğu Rusiyaya məxsus 720 milyon avroluq dondurulmuş aktivlərə həbs qoyulması üçün məhkəməyə müraciət edib.