Rusiyanın Rumıniyaya dronlarla qəsdən hücum etdiyinə dair heç bir sübut yoxdur -NATO baş katibi

14:02 07.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ərazisinə zərbələr endirərkən Rumıniya ərazisinə qəsdən zərbə  dronlarıyla hücum etdiyini təqdiqləyən məlumatların olmadığını vurğulayıb.

Hafta.az xəbər verir ki, “UNİAN” müxbirinin çatdırdığı məlumata görə, Stoltenberq bunu Avropa Parlamentində Xarici Əlaqələr Komitəsinin və Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitənin birgə iclası zamanı deyib.

“Rumıniya hakimiyyəti iddia edilən pilotsuz təyyarənin qalıqlarının NATO-nun Ukrayna ilə sərhədində tapıldığını təsdiqləyib və NATO-ya məlumat verib”, - Stoltenberq bildirib.

O cümlədən, bütün məlumatlar Alyansa üzv olan ölkələrə də verilib.

"Təhqiqat davam edir. Bu, insidentlərin və yan fəsadlərin riskini nümayiş etdirir. Bizdə Rusiyanın qəsdən hansısa hücumu olduğunu göstərən hər hansı məlumat yoxdur. Hazırda davam edən araşdırmanın nəticələrini gözləyirik", - deyə Stoltenberq vurğulayıb. 

"Bu nəticədən asılı olmayaraq, biz əlbəttə ki, NATO sərhədləri yaxınlığında çoxlu döyüşlər və həmçinin hava hücumları gördük. Polşada da başqa insidentlərimiz olmuşdu. Və yalnız orada deyil. Bu səbəbdən biz sayıqlığımızı gücləndirmişik. Biz sərhədlərimizin yaxınlığında baş verənləri diqqətlə izləyirik və Alyansın şərq hissəsində mövcudluğumuzu daha da artırmışıq”, - Stoltenberq əlavə edib.