Rusiyanın yeni yerli təyyarəsi 2 il gecikəcək

09:30 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın milyardlarla rubl sərmayə ilə inkişaf etdirməyə çalışdığı yerli təyyarələrin ən azı 2 il gecikəcəyi bildirlir. Sənaye və Ticarət Nazirliyinin, eləcə də dövlət texnologiya şirkəti “Rostex” tərəfindən verilən açıqlamalarda sözügedən təyyarələr MC-21, SJ-100, Tu-214, İl-114 və “Baykal”dır.

Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, 2024-cü ilin sonunda həyata keçirilməsi planlaşdırılan çatdırılma 2025-2026-cı illərə təxirə salınıb. Xəbərə görə, təyyarənin xüsusiyyətləri inkişaf zamanı dəyişdiyi üçün sertifikatlaşdırma prosesləri vaxtında tamamlana bilmir.

Xarici tərəfdaşlar MC-21-300 təyyarəsinin hazırlanması prosesindən geri çəkiliblər. Bildirilib ki, Rusiyada hazırlanmış yeni hissə və komponentlərdən istifadə edildikdən sonra təyyarənin çəkisi 5,75 ton artdığı üçün sertifikatlaşdırma prosesi başa çatdırıla bilməyib.

Buna görə də əvvəlcə 2800 kilometr mənzilə sahib olması planlaşdırılan təyyarənin 2 min kilometrdən az məsafəyə uça bildiyi açıqlanıb. Bildirilir ki, sınaqlar zamanı SJ-100 model təyyarənin PD-8 model mühərriklərində problem yaranıb.