Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı 

18:00 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılması ilə bağlı rəsmi qərar qəbul edib.

 

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda deyilir.

 

“Şura bu gün Rusiya iqtisadiyyatının konkret sektorlarını hədəf alan qadağanedici tədbirlərin 2023-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.