Rusiydan yük daşıyan gəmilər Avropa limanlarına yanaşa bilməyəcək

10:35 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiya neftinə tətbiq edilən sanksiyalardan yayınmağa çalışan gəmilərin ittifaqa üzv ölkələrin limanlarına daxil olmasını yasaqlamaq təklifini irəli sürüb.

Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Aİ Komissiyası “fırıldaqçılığa və bununla bağlı ekoloji risklərin qəfil artmasına” işarə edib.

Aİ Komissiyasının təklifində bildirilir ki, Rusiya neftinə tətbiq edilən qiymət tavanını tangensial şəkildə aşmağa çalışan gəmilərin Avropa limanlarına girişi qadağan olunmalıdır. Təklif də daxil olmaqla 11-ci sanksiya paketi təsdiq üçün cümə günü Aİ ölkələrinə təqdim edilib.

Paketin məqsədi Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmanın qarşısını maksimum almaqdır.