Ruslar avqustda dəniz tətilini harada keçirəcək?

10:35 30.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada avqustun əvvəli üçün müxtəlif istiqamətlərdə orta tətil qiymətləri müqayisə edilib. Rusiya Tur Operatorları Birliyinin məlumatlarına görə, avqustun əvvəli üçün satılan turların 62 faizi Türkiyə turlarıdır. İyulun ikinci yarısında bu nisbət yüzdə 56, iyunda isə yüzdə 65 olub.

Hafta.az-ın yazdığına görə, ikinci yerdə 17 faizlə Misir, üçüncü yerdə isə 13 faizlə Rusiya sahilləri qərarlaşıb.

Moskvadan 10 gün ərzində iki nəfərlik turpaket üçün ən ucuz istiqamət 78600 rublla (4050 manat) Anapadır. Bu qiymətə səhər yeməyi ilə 3 ulduzlu oteldə yerləşmə və Moskvadan avtobusla nəqliyyat daxildir.

Anapada 10 günlük tətil üçün ən aşağı yemək və içkinin qiymətinin 30 min rubl (1550 manat) civarında olduğu bildirilir.

Soçidə 10 günlük turun ən aşağı qiyməti 96 min rubl (4940 manat), Abxaziyada 99400 rubl (5115 manat) təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində 2 ulduzlu oteldə səhər yeməyi daxil olmaqla iki nəfər üçün ən aşağı tur paketi avqustun əvvəli üçün 118 200 rubl (6080 manat) təşkil edir.

Misirdə bu rəqəm 3 ulduzlu və "hər şey daxil" otel üçün 149 min rubl (7670 manat) təşkil edir.

Ən ucuz turlar Vyetnam və Tailand turlarıdır (130-132 min rubl (6700-6800 manat)).

Antalyada 3 ulduzlu otel üçün 10 günlük hər şey daxil tur paketinin ən aşağı qiyməti iki nəfər üçün 170 min rubl (8750 manat) civarındadır.