Rusiyada spirtli içki istehsalçıları sanksiyalardan sonra məhsullarını ixrac etmək üçün alternativ yollar hazırlamağa başlayıblar.
Hafta.az-ın yazdığına görə, dünyanın ən böyük araq istehsalçılarından olan Alkogolnaya Sibirskaya Qruppa (ASG) xaricə satış əməliyyatları üçün Serbiyada yeni formasiyaya getmək və istehsala başlamaq qərarına gəlib. Artıq “Belaya Berezka”, “Sibbitter”, “Pyat Ozer” brendlərinin daxil olduğu ASG Global Balkans şirkəti Serbiyada fəaliyyətə başlayıb.
Bildirilir ki, şirkət əsasən İsrail, Türkiyə və Latın Amerikası bazarlarında cəmləşmək üçün ixrac mütəxəssisləri axtarır.
Rusiyadan alkoqollu içkilərin idxalında liderlik edən ABŞ və Avropa İttifaqı sanksiyalardan sonra bu məhsulların idxalına qadağa qoyub.
“Vedomosti” qəzetinin məlumatına görə, 2023-cü ilin birinci rübündə Rusiyadan araq ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təmiz spirt əsasında 77 faiz azalaraq 75200 desilitre olub.