Ruslar tətil gəzintisindən qalmırlar

09:45 27.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tur Sənayesi Assosiasiyası Rusiya vətəndaşlarının may bayramı üçün ən çox turpaket və aviabilet aldıqları üç ölkənin adını açıqlayıb.

Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, bu üç ölkənin müvafiq olaraq Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirlikləri olduğunu yazıb. Digər tərəfdən, "Kommersant" terror hücumundan sonra Moskvaya bölgələrdən intensiv olacağı gözlənilən daxili turlarda ləğvlərin başladığına diqqət çəkir.

Xarici turlara maraq davam edir: Agentliyə danışan Assosasiya rəsmiləri Birləşmiş Ərəb Əmirlikləri istiqamətində marağın xüsusilə yüksək olduğunu, bəzi reyslərdə artıq yer qalmadığını bildiriblər.

Business FM-ə müsahibə verən turoperatorlar həmçinin bildirirlər ki, may bayramlarında Birləşmiş Ərəb Əmirliklərinə iki nəfərlik gediş-dönüş aviabiletləri 149 min rubldan (1600 dollar) başlayır.

Rusiyada aprelin 28-dən mayın 1-dək, mayın 9-dan 12-dək tətil olacaq.