RBC qəzeti Rusiyada onlayn kino platformalarının istifadəçilərinin Cənubi Koreya və Türkiyə seriallarından məyus olduğunu yazıb. Xəbərə görə, Hollivud prodakşnları bazardan geri çəkildikdən sonra platformalar yenə də Koreya və Türkiyə serialları sayəsində maraq yaradaraq qiymətləri artırmağı bacarıb.
Hafta.az-ın “İndeks Kinopoisk Pro”nun məlumatlarına əsaslanaraq yazdığına görə, türk seriallarına maraq cəmi 8 faizdir. Cənubi Koreya seriallarında bu nisbət 3,2 faizdir.
“Premier” onlayn kino platformasının nümayəndəsi Makar Kojuxov türk seriallarının potensial vəd etdiyini, lakin tamaşaçıların “Sen çal Kapımı” xaricində heç bir seriala ciddi maraq göstərmədiyini bildirib.
Kojuxovun sözlərinə görə, Cənubi Koreya serialları “mədəni fərqlərin” qurbanı olub. Nümayəndə bildirir ki, uğurlu olan yeganə Koreya istehsalı uşaq animasiya filmi “Larva”dır.