Rusların cənubda ilk müdafiə xətti qırıldı - General Milli

18:36 25.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley Əl-Mamlaka (İordaniya) kanalına müsahibəsində bildirib ki, Rusiya işğalçıları arasında Ukrayna Silahlı Qüvvələrinin irəliləyişindən qorxular var.

“Ukrayna qoşunlarının Zaporojye vilayətində cənub cəbhə xəttinin bir hissəsində Rusiya müdafiəsinin birinci xəttini yardığını və strateji əhəmiyyətli Tokmok şəhəri istiqamətində ərazini genişləndirdiyini göstərən əlamətlər artır”, - Milli deyib.

O, həmçinin əlavə edib ki, “bir neçə rusiyalı müharibə müxbiri indi cənubun bəzi yerlərində öz qoşunları üçün cəbhənin acınacaqlı mənzərəsini çəkir”.