Rusların ən böyük qorxusu

09:26 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NAFI-nin tədqiqatında iştirak edən Rusiya vətəndaşlarının 30 faizi bəyan edir ki, onların ən böyük qorxusu xəstələnməkdir.

Hafta.az-ın yazdığına görə, respondentlərin 27 faizi inflyasiya və qiymət artımından qorxur. Rusların ən çox dilə gətirdiyi digər qorxu mənbəyi isə 26 faizlə övladlarına qayğı göstərmələridir.

Birdən çox cavabın seçilə biləcəyi sorğuda "gəlir səviyyəsinin azalması" 23 faizlə dördüncü yerdə qərarlaşıb. Bunu 19 faizlə “terror aktları” izləyir.

Digər əsas qorxular pandemiyada yeni dalğanın başlaması (18 faiz), təbii fəlakətlər (14 faiz) və fırıldaqçıların qurbanına çevrilməkdir (13 faiz).

2024-cü il ərəfəsində bu və ya digər səbəbdən qorxu hiss etdiyini bildirənlərin nisbəti yüzdə 93 olaraq açıqlanıb. 2024-cü ilin daha yaxşı hadisələr gətirəcəyini düşünənlərin nisbəti 70 faizdir.

Oxunma sayı 160
Dünya rubrikasından digər xəbərlər