Ukrayna prezidentinin internet saytında bütün rusların ölkəyə girişinin qadağan edilməsi təklifi ilə 25 min imza toplanıb. Bu o deməkdir ki, prezident Zelenski bu təklifi nəzərdən keçirməyə məcbur olacaq.
Hafta.az bildirir ki, müraciət müəllifləri xatırladırlar ki, Rusiya ilə müharibə 8 ildir davam edir. "Təəssüf ki, bu 8 il ərzində hakimiyyət Rusiya ilə vizasız rejimə görə Ukraynanı bütün bu müddət ərzində Ukraynaya gələn diversantlardan, agentlərdən qoruya bilməyib. Biz bunun əvəzini minlərlə insanın həyatı ilə ödədik. ”, - deyə prezidentə müraciətdə deyilir.
Müəlliflər yaxın 50 il ərzində bütün ruslar üçün Ukraynaya girişin tamamilə bağlanmasını və ruslara yaşamaq icazəsinin verilməməsini təklif edirlər.
Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində döyüşənlər üçün istisna edilməsi təklif edilir.