Saakaşvili bildirib ki, tezliklə bir neçə orqanı sıradan çıxaracaq

16:55 13.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, onun səhhəti “davamlı şəkildə pisləşməkdə” davam edir. “Le Figaro” qəzetinə müsahibəsində o, həkimlərin bəzi orqanlarının sıradan çıxmasını gözlədiklərini deyib.

“Mən elə bir mərhələyə yaxınlaşıram ki, həkimlər çoxlu orqanların sıradan çıxmasını gözləyirlər. Ayağa qalxa bilmədiyim üçün bütün vaxtımı yataqda keçirirəm. Bu, mənə dəhşətli ağrı verir”, - Saakaşvili bildirib.

Onun sözlərinə görə, o, zəhərləndiyi günü dəqiq xatırlayır və “bütün simptomları hiss edir”. O, “Gürcüstandakı agentlər vasitəsilə” zəhərlənməsində yenidən Rusiyanı günahlandırıb.