Saatlıda silah-sursat aşkarlanıb

16:38 25.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Hacıqasımlı kəndi ərazisində bir ədəd nömrəsi silinmiş “AKSU-74” markalı avtomat, bir ədəd qaytarıcı yay və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.