Sabah bəzi ərazilər işıqsız qalacaq

21:46 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəngərli rayonunda elektrik verilişində fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, "Naxçıvan Enerji" MMC-nin sifarişi əsasında 110/35/10 kV-luq Qıvraq yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar olaraq 1 dekabr tarixində saat 16:00-dan 18:00-a qədər Kəngərli rayonunda və bir neçə kənddə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

 
İşlər tamamlandıqdan sonra elektrik təchizatı tam bərpa ediləcək.