Sabah Binəqədinin bəzi ərazilərində işıq kəsiləcək

22:24 09.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləcəri ETSİ-nə (enerji təchizatı və satışı idarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Azərişıq”dan bildirilib.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.